Güləşçilərimiz Yakutskda yarışacaq

Güləşçilərimiz Yakutskda yarışacaq

Oktyabrın 11-dən 13-dək Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Sport7.az xəbər verir ki, yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) təmsil edəcək.

Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Memorialda ədaləti qoruyacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR