Güləşçilərimizin AÇ-də iştirak edəcək heyəti müəyyənləşdi

Güləşçilərimizin AÇ-də iştirak edəcək heyəti müəyyənləşdi

İyunun 27-dən 30-dək Polşanın Krakov şəhərində 15 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

Sport7.az xəbər verir ki, qitə birinciliyində sərbəst və yunan-Roma güləşi üzrə müvafiq yığmalarımız iştirak edəcək. Sərbəst güləşçilərin yarışında məşqçi Namiq Quliyevin rəhbərliyi altında Elman Məmmədov (38 kq), Adəm Bağırov, Ruslan Abdullayev (hər ikisi 41 kq), Tural Niftiyev, İbrahim Musayev (hər ikisi 44 kq), Abdulrəhman İbrahimov, Musa Ağayev (hər ikisi 48 kq), Elcan Nadirli, İlkin Qənbərov (hər ikisi 52 kq), Elnur Qədirov (57 kq), Səlim Məmmədov, Fərman Hüseynov (hər ikisi 62 kq), Məzaim Mərdanov, Həsən Pələngov (hər ikisi 68 kq), Səttarxan Allahverdili (75 kq) və Ədalət Hümbətov (85 kq) mübarizə aparacaq.

Yunan-Roma güləşi turnirində isə böyük məşqçi Əbülfət Məmmədov və məşqçi İlham Vəzirovun rəhbərliyi altında Fərahim Mustafayev, Rahim Həsənov (hər ikisi 38 kq), Məhəmməd Qasımzadə, Pərviz Dadaşov (hər ikisi 41 kq), Təvəkkül Həziyev, Balağa Mikayılzadə (hər ikisi 48 kq), Fərid Məmmədov, Fərid Xəlilov (hər ikisi 52 kq), Davud Məmmədov, Fizuli Abbasov (hər ikisi 57 kq), Kənan Abdullazadə, Həsən Əliyev (hər ikisi 62 kq), Cocu Səmədov və İbrahim Mehrəliyev (hər ikisi 75 kq) çıxış edəcək.

Avropa çempionatında beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev ədaləti qoruyacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR