Güləşçilərimizin Gürcüstan sınağı başlayır

Güləşçilərimizin Gürcüstan sınağı başlayır

Avqustun 7-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri keçiriləcək.

Sport7.az xəbər verir ki, yarışda ölkəmizi hər iki yığmamızın üzvləri təmsil edəcək. Sərbəst güləşçilərin yarışında məşqçilər Arif Abdullayev və Əşrəf Əliyevin rəhbərliyi altında Georgi Edişeraşvili, Şahin Muxtarov (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Gitinoməhəmməd Hacıyev, Davud İbrahimov (hər ikisi 70 kq), Toğrul Əsgərov, İsmayıl Abdullayev (hər ikisi 74 kq), Rəşad Yusifli, İbrahim Yusubov (hər ikisi 79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) mübarizə aparacaq.

Yunan-Roma güləşçilərimiz böyük məşqçi Rövşən Bayramovla məşqçi Turac Hüseynlinin rəhbərliyi altında uğur qazanmağa çalışacaq. Heyətdə Taleh Məmmədov (60 kq), Murad Məmmədov, Elman Muxtarov (hər ikisi 63 kq), Kamran Məmmədov (67 kq), İslambek Dadov (72 kq), Həsən Əliyev (77 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 82 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.

Beynəlxalq dərəcəli hakim Həbib Nurulu da "Qran-pri"də ədaləti qoruyacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR