Güləşçimiz bu gün təsəlliverici görüşə çıxacaq

Güləşçimiz bu gün təsəlliverici görüşə çıxacaq

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, yarışın 3-cü günündə qadınlar mübarizəyə qoşulub. Ölkəmiz adından xalça üzərinə yalnız Şəhanə Nəzərova çıxıb. Gənclər arasında debüt edən güləşçimiz ilk görüşdə parlaq qələbə qazanıb. 1/8 finalda bolqar həmkarını vaxtından əvvəl məğlub edən Nəzərova, 1/4 finalda Rusiya təmsilçisinə uduzub.
 
Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz bu gün təsəlliverici görüşə çıxacaq.

50 kq

1/8 final - Şəhanə Nəzərova - Petya Zarkova Delçeva (BUL) 11:0
1/4 final - Şəhanə Nəzərova - Darya Xvostova (RUS) 0:10
 
Təsəlliverici görüş - Şəhanə Nəzərova - Taro Marketta Vainionpaeae (FİN)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR