Güləşçimiz finalda

Güləşçimiz finalda

İtaliyanın Sassari şəhərində güləşin hər 3 növü üzrə Matteo Pelikone Memorialı start götürüb.

Sport7.az xəbər verir ki, yarışın 2-ci günündə mübarizəyə qadın güləşçilər qoşulub. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızın 4 üzvü xalça üzərinə çıxıb.

Alyona Kolesnikin Rusiya güləşçisiylə görüşü gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fənd edən rəqib sonuncu xal prinsipinə əsasən növbəti mərhələyə yüksəlib. Elis Manolova qazax güləşçiylə görüşdə 3:0 önə keçsə də, son saniyələrdə üstünlüyü əldən verərək uduzub. Tatyana Omelçenko da bənzər aqibətlə üzləşib. Təmsilçimiz Koreya idmançısıyla qarşılaşmada 2:0 öndə olsa da, yekunda mübarizədən məyus ayrılıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Elmira Qəmbərova tunisli güləşçiylə ağır keçən görüşdə əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Bu mərhələdə İsveç təmsilçisiylə üz-üzə gələn həmyerlimiz yenə əzmkar mübarizə sərgiləyərək finala yüksəlib.

Final qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

57 kq

1/8 final - Alyona Kolesnik - Olqa Xoroşavtsova (RUS) 4:4*

62 kq

1/8 final - Tatyana Omelçenko - Jiae Choi (KOR) 2:6
1/8 final - Elis Manolova - Ayaulim Qasımova (KAZ) 3:5
1/4 final - Elmira Qəmbərova - Mərva Əmri (TUN) 5:3
1/2 final - Elmira Qəmbərova - Malin Yohanna Matson (SWE) 7:4
FİNAL - Elmira Qəmbərova - Anna Katerina Yohansson (SWE)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR