Güləşçimiz İranda çempion oldu

Güləşçimiz İranda çempion oldu

İranın yunan-Roma güləşi üzrə klub çempionatı başa çatıb.
 
Sport7.az xəbər verir ki, Yəzd şəhərində keçirilən yarışda Eldəniz Əzizlinin heyətində yer aldığı "İran Mall” çempion olub.

Dünya və Avropa çempionumuz iki görüş keçirib. Pəhləvanımız əvvəlcə Mehriqan Cahangirini 8:0 hesabıyla məğlub edib. Eldəniz daha sonra Masib Əkbəriyə gücünü göstərib - 10:2
 
Bu komanda dekabrda Tehranda keçiriləcək klublararası dünya çempionatında İranı təmsil edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR