Güllə atıcılığı üzrə paralimpiya yığmamız DÇ-yə hazırlığa start verdi

Güllə atıcılığı üzrə paralimpiya yığmamız DÇ-yə hazırlığa start verdi

Azərbaycanın Güllə Atıcılığı idman növü üzrə Paralimpiya Milli Komandası bu gündən etibarən Qəbələ şəhərində yerləşən atıcılıq kompleksində təlim-məşqlərə başlamışdır.
 
Sport7.az xəbər verir ki, 16 gün davam edəcək təlim-məşq toplanışı oktyabrda Avstraliyanın Sidney şəhərində keçiriləcək Dünya Çempionatına hazırlıq məqsədi daşıyır. Çempionat "Tokio 2020" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazandırır.

Unibank 2018-ci ildən başlayaraq güllə atıcılığı idman növü üzrə Paralimpiya Milli Komandasına dəstək verir. Qəbələdə keçirilən təlim məşq toplantısı və Avstraliyanın Sidney şəhərində keçiriləcək dünya çempionatında idmançılarımızın iştirakı Unibankın maliyyə dəstəyi ilə həyata keçirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR