Güloğlan Cabbarov:

Güloğlan Cabbarov: "Siçan kimi klaviatura arxasında..."

Azərbaycan Kikboksinq Federasiyasını vitse-prezidenti Güloğlan Cabbarov maraqlı açıqlama ilə gündəmə gəlib.
 
Sport7.az xəbər verir ki, Cabbarov ötən gün 24-cü dünya çempionluğunu qazanan Eduard Məmmədovu müdafiə edib. Cabbarov onun haqqındakı iddialara cavab olaraq bunları yazıb: "Dostlar bu gün bir neçə səhifədə Eduard Məmmədovun haqqında müxalifətin (bəlkə də müxalifət deyil, amma müxalif fikirli olan), bəzi xalqa, millətimizə lazımsız adamların, "polis işçisidi, mitinqi dağıdır, adamları döyür", "bu idmançılar kimə lazımdı, xalqın düşmənidi" kimi ağır ifadələr işlətdiyini gördüm. Birincisi, ay bədbəxtlər, Eduard Azərbaycanın fəxridi, millimizin şərəfini 20 ildi ki, qoruyur. Həm özü, həm tələbələri dünya və Avropa çempionudu. Sizin kimilər evdə oturub, siçan kimi klaviatura arxasında ona-buna, öz millətinin bayraq qaldıran oğullarına ləkə yaxarkən, biz Avropada, bütün dünyada Azərbaycanımızı layiqincə tanıtmaq, himnimizi səsləndirmək üçün canımızı qoyuruq. Ona görə ki, idman böyük mədəniyyətdi, sağlamlıqdı. İdman olası bir müharibədə əsgərlərimizi yalnız buraxmamaq, onlarla səngərlərdə ilə çiyin-çiyinə mübarizə aparmaq üçün bundan 100 il sonraya da cəmiyyətimizə dövlətimiz tərəfindən hesablanmış öncəlikli hazırlıqdı. Dəyərli dostlarım, əziz millətimiz xahiş edirəm, idmanımızı, idmançılarımızı qara piarla ləkələməyə, idmançılarla xalqı üz-üzə gətirməyə çalışan parazit insanlara şərait yaratmayaq. Onsuz da bu millətin düşməni çoxdu. Bir tərəfdə öz övladlarınızı özünüzə düşmən etməyin. Düşünsək ki, hər nəsildə, tayfada 3-5 normal idmançı var".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR