Gürcü məşqçi Salyanda ölümdən dönüb?

Gürcü məşqçi Salyanda ölümdən dönüb?

Bir vaxtlar Tovuzun "Turan” komandasını çalışdıran gürcüstanlı mütəxəssis Revaz Dzodzuaşvili Salyanda ölümdən qurtulub.

Sport7.az xəbər verir ki, bu barədə "Turan”ın sabiq rəisi İman Həsənov ötən günləri xatırlayarkən deyib.

Sitat: "Salyanda "Muğan”la qarşılaşırdıq. Həmin oyunda bizə 1 xal da sərf edirdi. Komandanın baş məşqçisi də gürcü Revaz Dzodzuaşvili idi. İlk yarıda qol vurmağı bacardıq. Həmin an yuxarıdan kimsə böyük daş parçasını bizim texniki zonaya, baş məşqçinin durduğu yerə tulladı. Bəxtimiz onda gətirdi ki, həmin an Dzodzuaşvili yerində oturmuşdu. İkinci hissədə meydan sahibləri hesabı bərabərləşdirməyi bacardılar və oyun heç-heçə başa çatdı.

Qarşılaşmadan sonra bizim düşərgədə hamı sevinərkən, gördüm baş məşqçimiz bir tərəfə çəkilərək sakit dayanıb. Ona yaxınlaşaraq "istədiyimizə nail olduq, anaq siz kədərli görünürsüz” demişdim ki, yazıq sanki ürəyini boşaldırmış kimi "həmin daş mənə dəysəydi, nə olardı? Bu yaşda belə ucuz ölümlə dünyadan köçmək məni hələ də düşündürür. Mən necə sevinim?” söyləyib, az qala ağladı”. (Futbol+)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR