Gürcüstan federasiyasının prezidenti azərbaycanlı oldu

Gürcüstan federasiyasının prezidenti azərbaycanlı oldu

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonundan olan idmançı Faiq Məmmədov Gürcüstan Kikboksinq və Karate Federasiyasının prezidenti təyin edilib.

Sport7.az xəbər verir ki, 43 yaşlı idmançı daha əvvəl Gürcüstan Taekvando Federasiyasının vitse-prezidenti olub, həmçinin özünün təsis etdiyi Sayokan Federasiyasına rəhbərlik edib.

O, yeni yarışlar keçirməyi düşündüyünü və gənc idmançıları yüksək səviyyəli yarışlara çıxaracağını bildirib.

31 illik peşəkar idmançı karyerasına malik F.Məmmədovun yetirmələri arasında dörd Dünya çempionu, bir Avropa çempionu var.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR