Gürcüstan komandası Azərbaycan çempionatında ilk matçını keçirdi

Gürcüstan komandası Azərbaycan çempionatında ilk matçını keçirdi

Qadın voleybolçulardan ibarət Gürcüstan komandası Azərbaycan Super Liqasının 2019/2020 mövsümündə ilk oyunu keçirib.
 
Sport7.az xəbər verir ki, qonşu ölkə təmsilçisi "Mübariz”lə üz-üzə gəlib.

Adnan Kistakın rəhbərlik etdiyi kollektiv ilk setdə rəqibini 25:18 hesabı ilə məğlub edib. İkinci hissəni 25:17 hesabı ilə aktivinə yazan "Mübariz” üçüncü setdə 25:16 hesabı ilə qalib gəlib.

Bu, "Mübariz”in 4-cü matçda 2-ci qələbəsi olub. Onlar 6 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıblar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR