"Göztəpə"nin futbolçusunun gözü təpəsinə "çıxdı" - 440 min avroluq cərimə

Superliqa klubu "Göztəpə"nin futbolçusu Alpaslan Öztürk məhkəməni uduzub.
 
Sport7.az xəbər verir ki, artıq 2 mövsümdü "Göztəpə"də forma geyən futbolçu 2016-cı ildə "Standard"la müqaviləni təktərəfli şəkildə pozub. Ancaq Belçika klubu onunla bağlı FİFA-ya "haqsızlıq" şikayəti ilə müraciət edib. FİFA bu müraciətdən sonra "Standard"ın haqlı olduğuna dair qərar çıxarıb. Üstəlik FİFA-nın qərarına görə Alpaslan sabiq klubuna 440 min avro cərimə ödəməli olacaq. 
 
Belçikadan gələn şok xəbərə futbolçu etiraz edib. 
 
"Göztəpə"də göstərdiyi performansla Superliqada "Fənərbağça", "Trabzonspor" və "Başakşehir"in transfer siyahısına adı yazılan futbolçu 2013/14 mövsümündə "Standard"ın heyətində 11 matça çıxıb, daha sonra "Kasımpaşa" və "Eskişehirspor"a icarəyə verilib. 
 
2016/17 mövsümündə isə Türkiyəyə qayıdan Alpaslan "Elazığspor"la anlaşıb. Ötən mövsümdən "Göztəpə"nin formasını geyən futbolçu komandası ilə 49 rəsmi matça çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR