"Hakim oyunu heç də FİFA səviyyəsində idarə etmədi” - "Neftçi"nin futbolçusu

"Neftçi”nin futbolçuları – Emin Mahmudov, Kirilo Petrov və Dario Frederiko Avropa Liqasının üçüncü təsnifat mərhələsinin "Bney Yehuda” ilə oyunundan sonra klubun rəsmi saytına açıqlama veriblər.
 
Sport7.az xəbər verir ki, futbolçular bunları söyləyib:

Emin Mahmudov: "Çox sadə səhvlər buraxdıq və nəticədə qapımızda qollar gördük. Cavab matçında bunları təkrarlamamalıyıq. İsraildə meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq”.

Kirilo Petrov: "İkinci hissədə yaxşı oynadıq. İsraildə də belə oyun nümayiş etdirsək, dueldən qalib çıxacağıq. Səfərdə rəqibə "Neftçi”nin nəyə qadir olduğunu göstərməliyik. Hakim FİFA referisi olsa da, oyunu heç də FİFA səviyyəsində idarə etmədi”.

Dario Frederiko: "Azarkeşlərə minnətdarlığımı bildirirəm. Komandamız da sonadək vuruşdu və nəticədə layiq olduğu qola imza ata bildi. Növbəyi mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR