Hakim

Hakim "təmiz" qolumuzu saymadı, millimiz uduzdu - YENİLƏNDİ

AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda millimiz bu gün Macarıstan yığması ilə qarşılaşıb.

Sport7.az xəbər verir ki, Budapeştdə "Groupama Arena"da baş tutan görüşün ilk hissəsində Macarıstan yığması, 10-cu dəqiqədə Korhutun qolu ilə hesabda önə çıxdı. İlk hissəsi 1:0 hesabı ilə macarların xeyrinə bitən matçın ikinci yarısında yığmamız daha yaxşı oyun sərgiləyərək sona yaxın qol da vurmağı bacardı. Ancaq görüşün Niderlanddan olan baş hakimi Dennis Higler Bəhlul Mustafazadənin qarnına dəyib qapıya daxil olan topu qol yox, əllə oyun kimi dəyərləndirərək qeydə almadı. Beləliklə millimiz hakimin kobud səhvi üzündən qazana biləcəyi 1 xaldan oldu və məğlubiyyətə uğradı.

AVRO-2020

E qrupu, 8-ci tur

20:00. Macarıstan - Azərbaycan 1:0
(Mixali Korhut, 10)
 
Macarıstan: 1. Peter Qulaşi, 5. Botond Barat, 3. Mixali Korhut, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Mate Vida, 9. Adam Szalai, 10. Dominik Szoboszlay, 14. Gerge Lovrençiç, 15. Roland Sallay, 20. İstvan Kovaçs 
Ehtiyat oyunçular: 12. Denes Dibuş, 22. Adam Kovaçşik, 2. Adam Lanq, 4. Yanos Ferencsi, 11. Kristian Nemet, 13. David Siqer, 16, Endre Botka, 17. Roland Varqa, 18. Dominik Naqi, 19. David Holman, 21. Robert Feçzesin, 23. Filip Holender
Baş məşqçi: Marko Rossi
 
Azərbaycan: 12. Emil Balayev, 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 21 Pavel Paşayev, 19. Təmkin Xəlilzadə, 2. Qara Qarayev (k), 13. Eddi  İsrafilov, 20. Riçard Almeyda, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənətov, 23. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Namiq Ələsgərov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç.

Hakimlər: Dennis Higler, Johan Balder, Joost van Zuilen, Bas Nijhuis (Niderland)
Budapeşt, "Groupama Arena"
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR