Hakim Ziyeş karyerasını

Hakim Ziyeş karyerasını "Çelsi"də davam etdirəcək - Klublar təsdiqlədi

"Ayaks"ın vinqeri Hakim Ziyeş karyerasını "Çelsi"də davam etdirəcək.

"Ayaks" və "Çelsi" bu barədə məlumatı təsdiqləyiblər. Ziyeş 2020-ci il, 1 iyul tarixindən etibarən "zadəganlar"a qoşulacaq. Mərakeşli futbolçu cari mövsümün qalan hissəsini Amsterdam klubunda keçirəcək.

Ziyeş 2016-cı ildə "Ayaks"ın heyətində debüt edib. "Ağ-qırmızılar"ın forması ilə 160 rəsmi görüşdə meydana çıxan 26 yaşlı oyunçu 49 dəfə rəqib qapılarına yol tapıb.

Daha əvvəl "Çelsi"nin Ziyeşlə 5 illik müqavilə imzalayacağı və onun transfer dəyərinin 45 milyon avro olacağına dair xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR