AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Sport7.az xəbər verir ki, Premyer Liqanın 11-ci turu çərçivəsində baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqanın XI turunun "Keşlə” – "Sabah” oyununda "Keşlə” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;
"Keşlə” klubunun 25 nömrəli futbolçusu Con Kamara qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
XI turun "Sumqayıt” – "Qəbələ” oyununda "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
"Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Sport7.az