Hakimlərimiz beynəlxalq yarışda iştirak edəcək

Hakimlərimiz beynəlxalq yarışda iştirak edəcək

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar.
 
Sport7.az xəbər verir ki, təcrübəli referilər Avropa Həndbol Federasiyasının Kuboku uğrunda yarışda ədaləti təmsil edəcəklər.

Bu turnir çərçivəsində keçiriləcək  "Olimpiakos” (Yunanıstan)  və "RK Boraç” (Bosniya və Herseqovina) görüşü Azərbaycan hakimlərinə həvalə olunub.

Qarşılaşma avqustun 31-də Yunanıstanın Ayos İoannis Rentis şəhərində keçiriləcək.

Oyunun EHF nümayəndəsi slovakiyalı Jan Rudinski olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR