Halep məşqçisi ilə əməkdaşlığa son qoydu

Halep məşqçisi ilə əməkdaşlığa son qoydu

Simona Halep məşqçisi Daniel Dobre ilə yollarını ayırıb.

28 yaşlı tennisçi sosial media hesablarında paylaşdığı mətn vasitəsilə rumın çalışdırıcı ilə vidalaşıb:

"Gördüyün işlər, səbrin və mənə olan inamın... - Daniel, bu il mənim üçün etdiyin hər şeyə görə sənə təşəkkür etmək istəyərdim. Əməkdaşlığımızdan mənə "Vimbldon" çempionluğu və möhtəşəm dostluq qaldı. Bundan artığının xəyalını qurmaq çətindi. Sənə gələcək işlərində uğurlar arzu edirəm. Bəlkə bir gün yenidən birlikdə çalışdıq".

Halep 2020-ci ildən etibarən yenidən Darren Keyhillə əməkdaşlıq edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR