Braziliyalı hücumçu Halk karyerasını Türkiyədə davam etdirə bilər.
Sport7.az xəbər verir ki, 34 yaşlı futbolçu "Fənərbağça"nın transfer siyahısında yer alıb. Onun İstanbul təmsilçisinin prezidenti Ali Koçla danışıq apardığı vurğulanıb.
Hazırda Çin klubu "Şanxay SİPG"də çıxış edən hücumçu komandası ilə müqaviləni yeniləməyəcək.
Sport7.az