Hames Rodriqes

Hames Rodriqes "Napoli"yə keçməyə razılıq verib

"Napoli" "Real"ın yarımmüdafiəçisi Hames Rodriqesi heyətinə qatmağa çalışır.

"La Gazzetta dello Sport"un məlumatına görə, kolumbiyalı futbolçu "Napoli"yə keçməyə razılıq verib. O, Neapol klubunun baş məşqçisi Karlo Ançelotti ilə daha əvvəl "Real" və "Bavariya"da birlikdə çalışıb. Bu faktorun qərarda həlledici rol oynadığı bildirilir.

"Napoli" Hamesi satınalma opsiyası ilə birlikdə icarəyə götürməyi planlaşdırır.

27 yaşlı oyunçu son iki mövsümü icarə ərasında "Bavariya"nın heyətində keçirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR