Hamesin əvəzinə Eriksen -

Hamesin əvəzinə Eriksen - "Atletiko"nun yeni planı

"Atletiko" "Tottenhem"in yarımmüdafiəçisi Kristian Erikseni transfer etmək niyyətinə düşüb.

"Marca" nəşrinin məlumatına görə, "Atletiko"nun Hames Rodriqesə qarşı marağına və kolumbiyalının istəyinə baxmayaraq, keçidin baş tutmaq ehtimalı azdı. Buna səbəb "Real"ın transfer qiymətində endirim etməməsidi.

Belə olan halda, "Atletiko" diqqətini Eriksenə yönəltməyi planlaşdırır. Daha əvvəl "Real"ın danimarkalı futbolçu ilə maraqlandığına dair xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR