Hamıya

Hamıya "evdə qal" dedi, özü iki maşını əzdi - VİDEO

"Aston Villa"nın kapitanı Cek Qriliş qəza keçirib.

Sport7.az xəbər verir ki. bu barədə "The Sun" məlumat yayıb. 
 
Xəbərə görə, karantin qaydalarını pozan Qriliş martın 28-i səhər saat 8 radələrində qəza törədib. O, "Range Rover" markalı avtomobilini vurub. Şahidlərin sözlərinə görə, Qrilişin avtomobili yol kənarında dayanmış bir neçə avtomobilə ziyan vurub.

24 yaşlı futbolçunun həmin gün partidən qayıtdığı bildirilir. Hadisənin şahidlərindən biri bu barədə məlumat verib:

"Bütün gecəni əyləndilər. Dözülməz idi. Səs-küy yalnız qısa müddət dayandı və səhər saat 8 radələrində toqquşma səsi eşidildi.

Qriliş avtomobilin yanında dayanmışdı. Çaşqın görünürdü. Cek tələsik halda oradan ayrılmağa çalışdığı üçün qalmaqal yaşandı. İnsanlar onu sorğu-suala tutmuşdular".

Qeyd edək ki, hadisədən bir neçə saat əvvəl ingilis oyunçu video paylaşaraq insanları evdə qalmağa və karantin qaydalarına əməl etməyə çağırmışdı.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR