"Hansı futbolçu belə durumla üzləşsəydi, gecə yata bilməzdi"

"İnter"də göstərdiyi oyundan sonra Lautaro Martinez dünya nəhənglərinin diqqətini cəlb etməyə başlayıb.
 
Sport7.az xəbər verir ki, bu mövsüm 16 qola imza atan 22 yaşlı argentinalının adı "Barselona" və "Real"la hallanır.
 
Bu haqda Argentinada radiokanalların birinə danışan onun meneceri Beto Yake "Barselona" və "Real"ın Martinezi istədikləri deyilir. Ancaq bu ona təsir etmir. Hansı futbolçu belə durumla üzləşsəydi gecə yata bilməzdi. Transfer məsələləri ilə bağlı çox insanlarla danışmışam. Amma heç bir klubdan rəsmi təklif gəlməyib. Onun yüksəlişi dünyanın ən böyük komandalarının diqqət mərkəzinə düşməsinə səbəb olub. Ümid edirəm ki, çalışqanlığının mükafatını alacaq" sözlərini söyləyib. 
 
Bu mövsüm "İnter" forması ilə A Seriyasında 11 qola imza atan Martinez, Çempionlar Liqasında meydana çıxdığı 6 matçda 5 dəfə fərqlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR