Haqqı tapdalanan hakim:

Haqqı tapdalanan hakim: "Müəyyən problemlər yaranmışdı, yoluna qoyuldu"

Ötən gün azərbaycanlı hakim Fuad Abbasovun Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik və komitənin tərkibində yer alan sabiq FİFA referisi Elçin Məmmədovla bağlı şikayətini saytımızda dərc etmişdik. Bizə açıqlamasında haqsızlığa uğradığını deyən Fuad bəy sözügedən şəxslərdən narazılığını bildirmiş, hətta bir qədər sərt şəkildə tənqid də etmişdi. 2013-cü ildən bəri aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda hakimlik edən Abbasov son vaxtlar diqqətdən kənarda qaldığını, daha ona təyinat verilmədiyini söyləmişdi. Fit sahibi saytımıza açıqlamasında Hakimlər Komitəsinə müraciət etsə də müsbət cavab almadığını, sevimli peşəsindən uzaq salındığını da demişdi.

Diqqətdə saxladığımız sözügedən məsələ ilə bağlı bu gün sevindirici xəbər aldıq. İş orasındadı ki, Abbasovun narazılığından və şikayətindən sonra situasiya dəyişib. Yəni, onun Hakimlər Komitəsi ilə danışıqları müsbət nəticələnib. Qarşıdakı günlərdə Fuad bəyin sevimli peşəsinə qayıdacağı gözlənilir. Bu haqda Sport7.az-a elə referinin özü məlumat verdi: "Keçəndəfəki müsahibəmdə, haqlarında etdiyim sərt, kəskin çıxışa görə həmkarlarım Elçin Məmmədov və Cavid müəllimdən üzr istəyirəm. Sadəcə, sözlərimi düzgün ifadə edə bilməmişdim. O anın yaratdığı stress, əsəb və gərginlikdən sonra sərt şəkildə fikirlərimi dedim. Məni tanıyanlar bilir ki, heç vaxt kiminsə haqqında pis və ya qeyri-etik ifadələr işlətməmişəm. Heç işlətmərəm də. Aramızda müəyyən problemlər yaranmışdı, yoluna qoyuldu. İnşallah, hakimlər Komitəsi, o cümlədən Elçin müəllim və Anar Salmanov mənə öz dəstəklərini əsirgəməyəcəklərini bildirdilər. Dəstək göstərən hər bir şəxsə öz minnətdarlığımı bildirirəm".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR