"Harden NBA tarixinin ən böyük hücum oyunçusudu" - Çarlz Bakli

NBA Şöhrətlər Zalının üzvü və TNT-nin analitiki Çarlz Barkli "Hyuston"un qardı Ceyms Hardeni NBA tarixinin ən böyük hücum oyunçusu adlandırıb:

"Bunu əvvəl də demişdim və onda siz mənə dəli kimi baxmışdınız, bir də təkrarlayacam: Ceyms Harden NBA tarixinin ən böyük hücum oyunçusudu. Üçlük ata bilir, səbət altında effektivdi və istəyəndə lazım olan təması ala bilir.

Buna baxmayaraq, onun komanda yoldaşı olsam, axmaq kimi bir kənarda dayanıb, topla oynamasını izləyə bilmərəm. Hardenlə birlikdə oynamaqdan zövq almazdım. Məşqçiyə yaxınlaşar və ondan əvəzlənməyimi istəyərdim".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR