Həkimlərin diqqətsizliyi: O, avrokuboklarda

Həkimlərin diqqətsizliyi: O, avrokuboklarda "Qarabağ"a kömək edə bilməyəcək!

"Qarabağ” icarədən qaytardığı Namiq Ələsgərovun xidmətindən avrokubokda yararlana bilməyəcək. Sport7.az saytının məlumatına görə, millinin Kanada ilə keçirdiyi yoldaşlıq matçında zədəsini təzələyən yarımmüdafiəçinin sıraya dönməsi gec çəkəcək.
 
Bunu əməkdaşımızla söhbətində "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib. O bildirib ki, Ələsgərovun ardıcıl 3-cü dəfə eyni yerdən zədələnməsi həkimlərin diqqətsizliyindən olub: "O, avrokuboklarda bizə kömək edə bilməyəcək. Çünki 3-cü dəfə eyni əzələdən zədə aldı. Bəlkə də, tam sağalmamış oyuna çıxıb, həkimlər tərəfindən bir az diqqətsizlik olub. Məncə, onu qorumaq lazım idi. Çünki bundan əvvəl də ağır əməliyyat keçirmişdi. Bir yerdən 3 dəfə zədə almaq heç də yaxşı hal deyil”.
 
Qurbanov hazırda zədədən əziyyət çəkən Namiq Ələsgərovu Türkiyəyə göndərdiklərini deyib: "Baxmayaraq ki, ona istirahət lazım idi, əzələsinin tam sağalması, bərpası üçün Türkiyəyə göndərdik. Sağlamlığı daha önəmlidi. Biz perspektivli, cavan oyunçuları qorumağı daha çox düşünməliyik, nəinki onları oynatmağı. Ola bilər ki, bu yaşda 3-5 oyun az keçirsin, amma sağlamlığı qorunsun. Məndə də səhvlər olub. Əvvəl zədəli futbolçulardan xarakter göstərməyi, özünü bərk saymağı tələb edirdim. Amma tibbi cəhətdən də biz buna düzgün yanaşmalıyıq. Futbolçu tam hazır deyilsə, onu yükləməyin heç bir faydası yoxdu”. 
(apasport.az)


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR