“Həmin adam Məşqçilər Komitəsində qalmamalıdır” – Elxan Məmmədov

“Həmin adam Məşqçilər Komitəsində qalmamalıdır” – Elxan Məmmədov

"AFFA Məşqçilər Komitəsində yer alan bir mütəxəssisin "Azərbaycan çempionatını izləmirəm” deməsi ciddi problemdir”.

Sport7.az xəbər verir ki, bunu AFFA icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

O, "Azərbaycan Radio”suna açıqlamasında AFFA Məşqçilər Komitəsindəki mütəxəssislərin Premyer Liqanı izləmək məcburiyyətində olduqlarını bildirib: "Həmin məşqçilərin öhdəliklərindən biri də çempionat matçlarına baxmaqdır. Əgər onlardan hansısa Premyer Liqanı izləmədiyini deyirsə, həmin adam orada qalmamalıdır”.

Qeyd edək ki, AFFA Məşqçilər Komitəsində Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev, Yaşar Vahabzadə və Şakir Qəribov təmsil olunurlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR