"Zirə”nin futbolçusu Cəlal Hüseynovun "Benfika”nın
düşərgəsinə getməsi baş tutmayıb.
Sport7.az xəbər verir ki, klub rəhbərliyinin hərtərəfli
səyinə baxmayaraq, Cəlal üçün "Şengen vizası” almaq mümkün olmayıb.
Şengen zonası dövlətlərində bununla bağlı sərt
qaydalar tətbiq olunub. Ən çətin vəziyyət isə Portuqaliyada yaşanır. Bu səbəbdən
də Azərbaycan vətəndaşlarının Portuqaliyaya buraxılması xeyli çətinləşib.
Artıq "Zirə” rəhbərliyi viza almaq cəhdlərini də
dayandırıb, Cəlalın "Benfika”ya yollanması təxirə salınıb.
Bunu Rəşad Sadıqov
da öz açıqlamasında bildirib: "Son anadək gözləyirdilər ki, yumşalma olsa,
çağırsınlar. Amma qərara aldıq ki, məsələ ertələnsin. Onunla bağlı böyük
planlarım var. Gələn mövsüm daha çox şans vermək, böyüməsi üçün kömək etmək istəyirəm.
Yayda yenidən bu məsələyə qayıdacağıq”.
Sport7.az