Həndbolçu qızlarımız yarışa yollanır

Həndbolçu qızlarımız yarışa yollanır

17 yaşadək qızlardan ibarət milli həndbol komandaları arasında 2019-cu il Avropa çempionatının təsnifat oyunları keçiriləcək.

Sport7.az xəbər verir ki, Azərbaycan seçməsi B qrupunda İtaliya, Belarus, Polşa və Şimali Makedoniya kollektivləri ilə mübarizə aparacaq.

A qrupunda isə Çexiya, Türkiyə, İslandiya, Kosovo və İsrail milliləri yer alıblar. Qrup mərhələsində ilk iki yeri tutan kollektivlər yarımfinalda turnirin qalibini müəyyənləşdirəcəklər.

Yarış avqustun 3-dən 11-dək İtaliyada təşkil olunacaq.

Həndbolçularımız avqustun 1-də oyunların keçiriləcəyi Linyano Sabbyadoro şəhərinə yola düşəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR