Həndbolçuların yarışında qaliblər müəyyənləşdi

Həndbolçuların yarışında qaliblər müəyyənləşdi

Paytaxtımızda başa çatan XV Avropa Gənclər Olimpiya Festivalında həndbol yarışlarının da qalib və mükafatçıları  müəyyənləşib.

Sport7.az xəbər verir ki, oğlanların final matçında Xorvatiya və Almaniya komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan oyunda 29:28 hesabı ilə qalib gələn Xorvatiya millisi baş mükafata sahib çıxıb.

Üçüncü yer uğrunda görüşdə isə Fransa seçməsi Danimarka kollektivini məğlub edib – 28:21.

5-6-cı yerlərin sahibini müəyyənləşdirən İslandiya  –  Sloveniya matçı 24:17 hesabı ilə islandiyalıların xeyrinə nəticələnib. 7-8-ci yerlər uğrunda keçirilən Azərbaycan  – Serbiya görüşü isə, 14:35 hesabı ilə nəticələnib.

Qızların final qarşılaşmasında Hollandiya və Fransa milliləri münasibətləri aydınlaşdırıblar. Daha yüksək əzmkarlıq göstərən fransalılar 23:21 hesablı qələbə ilə qızıl medallara layiq görülüblər.

İsveçrə millisinə 30:20 hesabı ilə qalib gələn Macarıstan komandası 3-cü yeri tutub.

5-6-cı yerlər uğrunda görüş Rumıniya millisinin İspaniya həndbolçuları üzərində 29:20 hesablı qələbəsi ilə yekunlaşıb.
 
"EYOF Bakı 2019”-un ABU Arena və Bakı İdman Sarayında keçirilən həndbol yarışlarında həm qızlar, həm də oğlanlardan ibarət səkkiz komanda iki qrupda mübarizə aparırdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR