“Hesab rəqibə sərf edir” - Zaur Həşimov

“Hesab rəqibə sərf edir” - Zaur Həşimov

"Qarşılaşmada ən çox meydan amilindən narahat idim. Süni meydanda oynamaq çətindir”. 

Sport7.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib. 

38 yaşlı gənc mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri matçı şərh edib: "Futbolçularımın zədələnməsindən qorxurduq. Bu baş vermədi. Oyunu qollu heç-heçə ilə bitirmək istəsək də, alınmadı. Qapımızda qol görməməyimiz isə sevindirici məqamdır". 

Onun sözlərinə görə, 90 dəqiqə heç də asan keçməyib: "Hesab rəqibə sərf edir. Premyer Liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı". (Apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR