Hollandiyalı əfsanənin yeni klubundakı təqdimatı gülüş doğurdu - FOTO

Hollandiyalı əfsanənin yeni klubundakı təqdimatı gülüş doğurdu - FOTO

MLS təmsilçisi "Sinsinnati" Holandiya futbolunun məşhur isimlərindən olan Yap Stamı baş məşqçi postuna gətirib.
 
Sport7.az xəbər verir ki, ancaq Stamın təyinatından daha çox onun təqdimatı diqqət mərkəzinə düşüb. Belə ki, klub sosial media hesabından yaydığı məlumatda Stamın deyil, xarici görünüşünə görə ona kəskin şəkildə bənzəyən və "Ayaks"ın gənc komandasını çalışdıran Tinus van Teunenbroekin fotosunu paylaşaraq üzərinə "Xoş gəldin" sözlərini yazıb. 
 
Teunenbroek məsələ ilə bağlı "FOX Sports"a danışıb. Stama bənzədildiyindən xəbərdar olduğunu bildirən mütəxəssis açıqlamasında "Olayı köhnə tələbələrimdən birinin anası vasitəsilə öyrəndim. Hər kəs ABŞ klubunatransfer olub-olmadığımı soruşur. Bir dəfə "Ayaks"ın öz yayım orqanlarından biri "Ayax Showtime"da Stamla müqayisə olundum. Əslində daha çox tətillər zamanı başıma gəlir. İnsanların "Ey, bu Yap Stamdı" dediklərini eşidirəm" sözlərini
söyləyib.
 
Futbolçu karyerasında "Milan", "Latsio", "Mançester Yunayted", "Ayaks" kimi klubların formasını geymiş Stam, məşqçi olaraq sonuncu dəfə "Feyenord"da çalışıb. 
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR