Hondurasda futbol qətliamı - 3 ölü, 12 yaralı (FOTOLAR)

Hondurasda futbol qətliamı - 3 ölü, 12 yaralı (FOTOLAR)

Hondurasda futbol tarixinin ən qanlı davalarından biri yaşanıb.
 
Sport7.az xəbər verir ki, ölkənin paytaxtı Tequciqalpada "Motaqua" - "Olimpia" matçında baş verən kütləvi dava bir neçə nəfər həyatını itirib, xeyli sayda insan yaralanıb. 
 
Qarşılaşmada öncə azarkeşlər rəqib komandaların avtobuslarını daş-qalaq edib. Sonradan dava böyüyərək stadionun içinə qədər gedib çıxıb və daha da qanlı hala çevrilib. Son məlumatlara görə baş verən hadisələrdə 3 nəfər ölüb, 12 azarkeş isə yaralanıb. Ölənlərin 20, 24 və 26 yaşlarında olduğu bildirilir. Durumu ağır olan yaralıların bir qisminin bıçaqla, qalan hissəsinin isə odlu silahla yaralandıqları da deyilir. 
 
Yarlanananlardan 3-ü isə "Motaqua"nın futbolçuları olub. Emilio İzaquirre, Roberto Moreyra və Conatan Rocer adlı oyunçular xəstəxanaya çatdırılıb.  
 
Polisin bibər qazı ilə müdaxilə etdiyi olayların yaşandığı yerə həkimlər, təcili tibbi yardım maşınları da çağrılıb. Nəticədə 20 min tərəfdarın qarşısında oynanılacaq matç təxirə salınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR