Hossu 8-ci dəfə dünya çempionu oldu, 100 m. batterflayda Maknil qızıl medal qazandı

Hossu 8-ci dəfə dünya çempionu oldu, 100 m. batterflayda Maknil qızıl medal qazandı

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında üzgüçülükdə növbəti medallar sahiblərini tapıb.

Qadınlar 100 m. məsafəyə batterflay üsulu ilə üzmə yarışında kanadalı Marqaret Maknil qalib olub. Dünya rekordçusu və sözügedən məsafə üzrə 4 qat dünya çempionu Sara Şöström (İsveç) ikinci, Emma Makkeon (Avstraliya) isə üçüncü nəticə göstərib.

Qadınların 200 m. məsafəyə qarışıq üzmə yarışında də qalib müəyyənləşib. Katinka Hossu 2.07,53-lük nəticəsi ilə birinci olub. Bu, macar üzgüçünün dünya çempionatlarında 8-ci qızıl medalıdı. Uzun müddət depressiyadan əziyyət çəkən Ye Şiven yenidən podiuma qayıdıb. Çindən olan idmançı yalnız Hossudan geri qalıb. Sidni Pikrem isə "ilk üçlüy"ü qapayıb.


Dünya çempionatı

Kvandju (Cənubi Koreya)

Qadınlar

100 m. batterflay

Final

1. Marqaret Maknil (Kanada) - 55,83

2. Sara Şöström (İsveç) - 56,22

3. Emma Makkeon (Avstraliya) - 56,61

4. Elena Di Liddo (İtaliya) - 57,07

5. Brianna Trossell (Avstraliya) - 57,09

6. Kelsi Dalia (ABŞ) - 57,11

7. Luiza Hansson (İsveç) - 57,16

8. Mari Vattel (Fransa) - 57,29


Qadınlar

200 m. qarışıq

Final

1. Katinka Hossu (Macarıstan) - 2.07,53

2. Ye Şiven (Çin) - 2.08,60

3. Sidni Pikrem (Kanada) - 2.08,70

4. Melani Marqalis (ABŞ) - 2.08,91

5. Rika Omoto (Yaponiya) - 2.09,32

6. Kim Soen (Cənubi Koreya) - 2.10,12

7. Şiven O'Konnor (Böyük Britaniya) - 2.10,43


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR