İbrahim Şehiç

İbrahim Şehiç "Qarabağ"la 2 illik müqavilə bağladı - YENİLƏNİB

Avropa Liqasındakı çıxışını dayandıraraq, bütün diqqətini ölkə çempionatına yönəldən "Qarabağ” klubu müqaviləsinin sonuna az qalmış futbolçularla danışıqlara başlayıb. 

Sport7.az saytının məlumatına görə, Ağdam klubu İbrahim Şehiçlə yeni müqavilə barəsində razılığa gəlib. Tərəflər bu gün danışıq masası arxasında əyləşəcək. Qüvvədə olan sözləşməsi gələn ilin yayında başa çatacaq Şehiçin "köhlən atlar”la yeni 2 illik müqaviləyə qol çəkəcəyi gözlənilir.

***
Artıq futbolçu ilə bu gün 2 illik müqavilə bağlanılıb. Onun hələ köhnə müqaviləsindən 6 ayı da qaldığı üçün İbrahim 2016/17 mövsümünün sonunadək "Qarabağ"a məxsus olacaq.
 
Qeyd edək ki, karyerası ərzində "Jelezniçar” və "Mersin İdmanyurdu” klublarının da formasını geyinən İbrahim Şehiç ötən ilin oktyabrından "Qarabağ”ın uğurları üçün çalışır. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR