İbrahimin ayağı gürcü klubuna düşərli oldu

İbrahimin ayağı gürcü klubuna düşərli oldu

Futbol üzrə Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilir.

Sport7.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Samqurali” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 86-cı dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, bu, "Samtrediya”nın cari mövsümdək ilk qələbəsidir. Komanda Gürcüstan çempionatında əvvəlki 5 turda ardıcıl məğlubiyyətlərlə üzləşmişdi. Qədirzadənin komandası hazırda 10 iştirakçı arasında 3 xalla sonuncu pillədə qərarlaşıb
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR