İbrahimoviç azarkeşlərlə vidalaşdı:

İbrahimoviç azarkeşlərlə vidalaşdı: "Gəldim, gördüm, fəth etdim"

"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç "Instagram" hesabı vasitəsilə klubun azarkeşləri ilə vidalaşıb:

"Gəldim, gördüm, fəth etdim. Mənə yenidən özümü canlı hiss etmək imkanı yaratdığı üçün "Qalaksi"yə təşəkkür edirəm.

"Qalaksi" azarkeşləri, siz Zlatanı istədiniz, mən də sizə Zlatanı verdim. Dəyməz. Hekayə davam edir... İndi isə beysbol izləməyə davam edin".

İsveçli futbolçunun Los-Anceles təmsilçisi ilə olan müqaviləsi 2019-cu ilin 31 dekabrında başa çatır. Tərəflər arasındakı saziş yenilənməyəcək.

İbrahimoviç cari mövsümdə MLS-də 31 matçda meydana çıxıb və 31 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR