İbrahimoviç:

İbrahimoviç: "Ferrari" ilə "Fiat"ı müqayisə etmək olmaz"

"Los-Anceles Qalaksi"nin forvardı Zlatan İbrahimoviç MLS-in lideri "Los-Anceles"lə görüşdə het-trik edib.

Oyundan sonra isveçli forvard müqayisə olunduğu Karlos Vela haqqında danışmağı unutmayıb: "Karyeram boyunca əziyyət çəkmişəm ki, sonda MLS-də Karlos Vela ilə müqayisə olunum? Yox. Media böyük səhv etdi. "Ferrari" ilə "Fiat"ı müqayisə etmək olmaz. Bu gün çempionatın ən yaxşı futbolçusu olduğumu bir daha göstərdim".

Karlos Vela "Los-Anceles"də çıxış edir. Meksikalı futbolçu sözügedən oyunda dublla yadda qalıb.

Qeyd edək ki, hazırda MLS-də bombardirlərin sıralamasına aktivində 21 qolu olan Karlos Vela başçılıq edir. İkinci Zlatan İbrahimoviçin 16 qolu var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR