"İbrahimoviç "Milan"a keçəcək"

MLS-in komissioneri Don Qarber "Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviçin karyerasını "Milan"da davam etdirəcəyini bildirib:

"Zlatan maraqlı xarakterə sahibdi. Onun yanında darıxmaq mümkün deyil. Belə oyunçulara ehtiyacımız var. Məsələn, Bekhem də onlardan biri idi. Zlatan dünyanın top klublarından biri olan "Milan"a keçəcək.

Onun bir gün yenidən MLS-ə qayıtmasını istəyərdim. Amma bu, birbaşa "Qalaksi"dən asılı olacaq.

Zlatanla birlikdə keçirdiyim anlardan zövq alırdım. Xüsusilə də onunla söhbətimizdə özündən üçüncü şəxs kimi bəhs etməsini qeyd edə bilərəm".

Qeyd edək ki, 38 yaşlı futbolçu 2010-2012-ci illər aralığında "Milan"da çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR