İbrahimoviç qərarını verdi

İbrahimoviç qərarını verdi

Zlatan İbrahimoviç "Milan"da qalmaq barədə qərar qəbul edib.

Sport7.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport” məlumat yayıb. Məlumata görə, komandada qalmaq arzusunu futbolçu özü dilə gətirib. Yeni razılaşmanın imzalanması haqqında danışıqlar hələ başlamasa da tərəflər müqavilənin imzalanacağına şübhə etmir.

İbrahimoviçin klubla müqaviləsi avqustun sonunda başa çatacaq. Hücumçu "Milan"a 2020-ci ilin yanvarında transfer olunub. O, A Seriyasında meydana çıxdığı 19 matçda 10 qola, 5 məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR