İbrahimoviçdən İtaliya xəstəxanalarına maddi dəstək:

İbrahimoviçdən İtaliya xəstəxanalarına maddi dəstək: "Virus Zlatana gəlməsə..."

Zlatan İbrahimoviç koronavirusla əlaqədar yeni kampaniya başladıb.
 
Sport7.az xəbər verir ki, isveçli hücumçu İtaliyadakı xəstəxanalara maliyyə yardımı etmək qərarına gəlib. Ulduz futbolçu koronavirusla mübarizə üçün xəstəxanalara 100 min avro bağışlayıb.
 
Bununla yanaşı o, sosial mediadakı şəxsi hesabından açıqlama da verib: "İtaliya mənə hər zaman çox şey verib və hazırda dramatik bir durumdu. Çox sevdiyim bu ölkəyə daha artığını qaytarmaq istəyirəm. Mənimlə birlikdə çalışan insanlarla xəstəxanalara yardım kampaniyası başlatmağa qərar verdim. Bu ciddi bir məsələdi və sadəcə video ilə deyil, konkret yardıma ehtiyacımız var. Bu virusu məhv etmək üçün həmkarlarım, bütün peşəkar idmançılar, maddi yardım etmək istəyənlərin comərdliyinə güvənirəm. Həyatımızı xilas etmək üçün hər gün xəstəxanalarda sadiqlik göstərən həkimlərə, tibb bacılarına həqiqətən yardımçı ola bilərik. Çünki bu gün onlar üçün təzahürat edirik. Birlikdə kornavirusu yox edək və matçı qazanaq. Bir də ki, unutmayın, Virus Zlatana gəlməsə, Zlatan virusa gedər".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR