İbrahimoviçi dəvət edən şəxs onun Bakıya əsl gəlmə səbəblərini izah etdi - FOTOLAR

İbrahimoviçi dəvət edən şəxs onun Bakıya əsl gəlmə səbəblərini izah etdi - FOTOLAR

İlk öncə Türkiyəyə səfər edib daha sonra Azərbaycana üz tutan PSJ-nin ulduzu və həmçinin İsveç yığmasının məşhur futbolçusu Zlatan İbrahmoviçin gəlişinin məqsədi bəlli olub. 

Sport7.az xəbər verir ki, məşhur futboçunun vətənimizə səfəri ilə bağlı bir neçə versiya səsləndirildi. 

Gah burda ərəb şeyxləri kimi ova gəlmək, klublarımızın biri ilə müqavilə bağlamaq və yaxud da ilk Avropa Oyunlarının açılışında iştirak etmək barədə xəbərlər yayıldı.

Məşhur futbolçunun Azərbaycana gəlişinin əsl səbəbi isə, sadəcə, gəzintidir. Bunu Milli.Az-a açıqlamasında futbolçunun dostu, Zlatanın bura gəlməsində vasitəçi olan Faiq Babanlı deyib. O qeyd edib ki, sözügedən versiyaların hamısı yalandır, İbrahimoviçi bura, sadəcə, vətənimizi tanıtmaq üçün gətirmişik. 

"Bizim vətəndə şir, pələng dolaşmır ki, Zlatan İbrahimoviçi bura ova gətirək. Burda heç bir ov və yaxud da klublarla iş birliyindən söz gedə bilməz. Zlatandan öncə biz bir çox məşhurları Azərbaycana gətirmişik, sırf ona görə ki, onlar vətənimizi gəzib dolaşsınlar, buraları tanısınlar. Bu, bir fürsətdir ki, ilk Avropa Oyunları ərəfəsində vətənimizi daha da geniş reklam etdirək. İbrahimoviçə tək Bakının deyil, Azərbaycanın digər gözəl güşələrini də tanıdacağıq" - deyə Faiq Babanlı bildirib.

Qeyd edək ki, Faiq Babanlı yazıçı Vidadi Babanlının yaxın qohumudur. Faiq keçmiş sərbəst güləşçi və qaydasız döyüş üzrə yarışlarda iştirak edib. O, Afrikada, Amazon meşələrində, Boliviya çöllərində, Rusiyanın ucsuz-bucaqsız tayqasında vəhşi heyvanları ovlamaqdan zövq alması ilə tanınır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR