İdman dünyası ayağa qalxdı: “Corc üçün ədalət!” - FOTO

İdman dünyası ayağa qalxdı: “Corc üçün ədalət!” - FOTO

Hazırda dünya gündəmini məşğul edən əsas məsələ Amerikada yaşananlardı.

Sport7.az xəbər verir ki, idman dünyası da Corc Floydun ölümündən qəzəblənib. 46 yaşlı afrikaəsilli Floyd mayın 25-də Amerika polisi tərəfindən öldürülüb.

Minneapolis şəhərində saxta 20 dollarlıq əskinasdan istifadə etdiyinə görə həbs edilib. Polis onu həbs edərkən yerə yıxıb və diziylə boğazını sıxıb. 7 dəqiqə bu vəziyyətdə qalan Floyd daha sonra xəstəxanada dünyasını dəyişib.

Ölümə səbəb olan polis əməkdaşı həbs olunsa da, ABŞ-da iğtişaşlar səngimir. Yaşananlara idman dünyası da etiraz səsini ucaldır, Amerikada qaradərililərə qarşı diskriminasiyaya son qoyulmasını tələb edirlər.

"Şalke”nin futbolçusu Veston Makkeni "Verder”lə oyuna qolunda "Justice for George” (Corc üçün ədalət) yazılmış sarğıyla çıxıb. Onunla yanaşı tanınmış hücumçu Mbappe də sosial şəbəkələrdən bu həştəqi paylaşıb. Etiraz kampaniyasına müxtəlif ölkələrdən idmançılar, klublar qatılıblar.
 


Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR