İdman jurnalistinin anası koronavirusdan dünyasını dəyişdi

İdman jurnalistinin anası koronavirusdan dünyasını dəyişdi

Bir neçə gün öncə həmkarımız, idman jurnalisti "Supersport.az" saytının baş redaktoru Anar Cəfərsoy və onun anası Zöhrə xanımın koronavirusa yoluxduğunu xəbər vermişdik.
 
Sport7.az xəbər verir ki, Anar bəyin anası artıq vəfat edib. Dünən axşam 69 yaşında dünyasını dəyişən Zöhrə xanım Ağdamda dəfn ediləcək. O, böyrək çatışmazlığından da əziyyət çəkirdi. Koronavirusa yoluxması səhhətini daha da ağırlaşdırıb.
 
Həmkarımızın anasına Allahdan rəhmət, yaxınlarına, əzizlərinə səbr, özünə isə bu infeksiya ilə mübarizədə şəfa və can sağlığı diləyirik.
 
Allah rəhmət eləsin!
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR