İdmançılarımız 4 günə 53 medal qazandılar

İdmançılarımız 4 günə 53 medal qazandılar

Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. 

Sport7.az xəbər verir ki, ötənilki yarışlardan fərqli olaraq, budəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyırdı.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edib. Ümumilikdə, 13 ölkədən 500-ə yaxın idmançının mübarizə apardığı yarışda güləşçilərimizin çıxışını uğurlu hesab etmək olar. Belə ki, 4 gün davam edən yarışı yığma komandamızın üzvləri 16 qızıl, 14 gümüş və 23 bürünc olmaqla ümumilikdə 53 medalla başa vurub. 

Yeniyetmə yunan-Roma güləşçilərimiz 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq ilk yarış gününə damğa vurublar. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri II yarış günündə mübarizəyə qoşulublar. Onlar günü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurublar. Yarışın son 2 günündə mübarizəyə qoşulan sərbəst güləşçilərin qazandığı 24 medaldan 4 qızıl, 3 gümüş və 8 bürünc yeniyetmələrin, 5 qızıl, 1 gümüş və 3 bürünc medal isə gənclərin payına düşüb.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR