İdmançılarımız

İdmançılarımız "Ukraina Open"i uğurla başa vurdu

Ukraynanın Xarkov şəhərində keçirilən "Ukraina Open" beynəlxalq turnirinə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, yarışın son günü mübarizəyə qatılan Sumqayıt "Təhsil" komandasının yetirməsi Sofiya Nəcəfova (29 kq) yeniyetmələr arasında qızıl medal qazanıb.

Digər komanda yoldaşı Leyla Bəşirova (47 kq) gümüş, Pərviz İsgəndərov isə (55 kq) yarımfinalda məğlub olaraq bürünc medala sahib olub. Yarımfinalda rəqib tərəfindən sifət nayihəsinə zərbə alan Pərvizin qələbəsi təmin edilsə də həkimlər ona növbəti final döyüşünə çıxmağa icazə verməyiblər.
 
"Ukraina Open"də idmançılarımızlıa yanaşı hakimlərimiz də ölkəmizi layiqincə təmsil edib. Belə ki, sözügedən beynəlxalq turnirdə də iki hakimimiz Nigar Hacıyeva və Coşqun Nadirov qərarları ilə seçilib. Onlardan Coşqun Nadirov yarışın "ən yaxşı hakimi" adına layiq görülüb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR