İdmançımız Avropa birinciliyində mübarizəyə qoşuldu

İdmançımız Avropa birinciliyində mübarizəyə qoşuldu

17-27 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.
 
Sport7.az xəbər verir ki, medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu gün onlardan daha biri – Məhəmməd Məmmədli körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 67 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz 255 kq (115+140) nəticə ilə 9-cu yeri tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR