İdmançımız dünya çempionatında 8-ci oldu

İdmançımız dünya çempionatında 8-ci oldu

01-09 iyun tarixlərində Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.
 
Sport7.az xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Yığma üzvlərindən ilk olaraq Səbinə Əzimova yarışa qatılıb. O, 55 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz toplam 177 kq (78+99) nəticə ilə 8-ci yeri tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR