İdmançımız Sloveniyada 7-ci oldu

İdmançımız Sloveniyada 7-ci oldu

Avropa Stolüstü Tennis Birliyinin(ETTU) təşkilatçılığı ilə keçirilən "ETTU Eurotalents” axtarışı proqramının seçmə turlarına Sloveniyada keçirilən Eurotalents turnir ilə yekun vuruldu.
 
Sport7.az xəbr verir ki, ETTU-nun Ümid – təlim məşq toplanışlarından, 2019-cu ildə keçirilən təlim-məşq toplanışlarından və 2019 "Eurominichamp`s” turnirindən seçilən 37 idmançı yekun mərhələyə vəsiqə qazanmışıdır. 14 Avropa ölkəsini təmsil edən idmançılar Avropa Stolüstü Tennis Birliyinin "Eurotalents U-13” (13-yaşa qədər) qrupuna düşmək uğrunda mübarizə aparmışlar.

Turnirdə yüksək bal topalayaraq 16-ğa düşən idmançılara ETTU növbəti ildə dəstək olacaqdır. Azərbaycan yığma komandsının kiçikyaşlı üzvü Adil Əhmədzadə bu seçmə turnirlərdən yüksək nəticə əldə ederək ETTU-nun seçmə qrupunda 7-ci yerdə qərarlaşmışdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR