İkardi rəsmən PSJ-nin futbolçusu oldu

İkardi rəsmən PSJ-nin futbolçusu oldu

PSJ "İnter"dən icarəyə götürdüyü Mauro İkardinin transferini rəsmən açıqlayıb.
 
Sport7.az xəbər verir ki, klubun mətbuat xidməti argentinalı ulduzun transfer hüquqlarına tam yiyələndiklərini bildirib. İkardi PSJ ilə müddəti 2024-cü ilin yayına qədər olan müqaviləyə imza atıb. 
 
Qeyri-rəsmi məlumatlara görə İkardinin transferi PSJ-yə 50 milyon avroya başa gəlib. Bununla yanaşı bonus olaraq "İnter"ə əlavə 7 milyon avro da ödənilib. 
 
İkardinin PSJ-də ilinə 10 milyon avro qazanacağı bildirilir. 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR